BURADA REKLAMINIZ OLA
BİLƏR

​​​​​​​“Facebook” və “İnstagram”da qlobal problem yaranıb - YENİLƏNDİ

Hazırda “Facebook”və “İnstagram” sosial şəbəkələrində problem yaranıb. Sözügedən problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

 

Bu barədə XRİTDX-dən bildirilib.

 

"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur. Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır", - qeyd olunub.

 

***

19:45

 

“Facebook” və “İnstagram”da qlobal problem yaranıb.

 

Sosial şəbəkə istifadəçilərinin avtomatik hesabdan çıxışı müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.

Tarix: 5 Mart 2024, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin