BURADA REKLAMINIZ OLA
BİLƏR

İstirahət mərkəzində iş yoldaşının dostunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Emin Dadaşovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Emin Dadaşov dərhal məhkəmə iclas zalından həbs edilib, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

 

İttihama görə, hadisə 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birinin ərazisinin giriş qapısında yerləşən postun yanında qeydə alınıb.

 

Belə ki, Emin Dadaşov iş yoldaşı Samir və onun dostu, zərərçəkmiş Taryel Əsədov (soyadı şərti) ilə mübahisə edib. Bu zaman onlar bir-birilərinə zərbələr vurub, dalaşarkən təqsirləndirilən şəxs özünü təhqir edilmiş hesab edib. Sonra o, üzərində olan kəsici-deşici əşya ilə Taryelin kürək nahiyəsinə bir dəfə vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Emin Dadaşov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 6 Mart 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin