BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bibisini ev üstündə bıçaqlayan şəxsə hökm oxundu

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini bıçaqlamaqda təqsirləndirilən Yusif Hüseynzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 23 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb.

 

Bakıda bibisini bıçaqlamaqda təqsirləndirilən Yusif Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya 3 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Yusif Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.

 

Yusif Hüseynzadə məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərib ki, son müharibə zamanı hərbi xidmətdə olub. Bundan sonra onda psixoloji problemlər yaranıb. Onun valideynləri ayrıldığı üçün uşaqlıqdan nənəsinin himayəsində olub. Bibisi ilə bacı qardaş kimi olub. Aralarındakı mübahisə ev üstündə baş verib. Baba və nənəsi onu evləndirmək istəyirmişlər. Sözügedən evi satıb yenisini almaq barədə danışıqları olub. Xəyalə də narazılıq edib ki, ona da ev alınsın. Yemək yeyən zaman bibisi içəri girib və danışmağa başlayıb. 

 

O deyib ki, mübahisə etmək istəməyib, ancaq bibisi ona təhqiramiz sözlər işlədib. Həmin vaxt hərbi xidmətdən təzə gəldiyi üçün əsəbləri gərgin imiş. Üstünə gələrək ona şillə vurub. Daha sonra bibisini bıçaqlayıb.

 

Kamal Məmmədov

Tarix: 6 Mart 2024, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin