BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yol qəzasında idmançının ölümünə səbəb olan sərxoş sürücüyə CƏZA VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İsmayıl Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 05 aprel 2023-cü il tarixdə, saat 02 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-Balaxanı yolunda qeydə alınıb.

 

Belə ki, İsmayıl Abdullayevin sərxoş halda idarə etdiyi “Mercedes Benz - C180“ markalı avtomobil hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmış MAZ markalı, yük maşınının arxa hissəsi ilə toqquşub. Nəticədə onun idarə etdiyi avtomobilin qabaq sağ oturacaqda əyləşmiş zərərçəkmiş Həsənov Mənaf Fərhad oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
06 aprel 2023-cü il tarixdə İsmayıl Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarına əsasən, onun barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və barəsində axtarış elan olunub. Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə tutulub.

 

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Fəhrad Həsənov ifadəsində göstərib ki, mərhum oğlu Mənaf ailəli olub, iki uşağı var. Hazırda oğlunun ailəsi onlarla birlikdə yaşayır. O qeyd edib ki, Mənaf idmançı olub, diplomlar qazanıb. Fəhrad Həsənov ifadəsinin davamında bildirib ki, təqsirləndirilən şəxslə yaxın qohumdurlar, İsmayılın atası ilə əmioğludurlar. Təqsirləndirilən şəxs tərəfindən onlara heç bir maddi köməklik olmayıb.

 

Kamal Məmmədov

Tarix: 6 Mart 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin