BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmlak şirkətinin əməkdaşına elektron qolbaq taxıldı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Cəfər Cəfərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Cəfər Cəfərov “New Life” əmlak şirkətində vasitəçi vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində şirkətin 49 743 manat pulunu mənimsəmə yolu ilə ələ keçirib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

 

 

Tarix: 6 Mart 2024, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin