BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə avtomobillə qadını vuraraq öldürən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Elnur Cəfərovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 2021-ci ildə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Elnur Cəfərov idarə etdiyi “Mersedes-Benz E220” markalı avtomobil hərəkətdə olarkən yolu sağdan-sola keçən piyada Ə.Məmmədovanı vurub. Daha sonra qadın aldığı xəsarətlərdən ölüb.

 

Hadisədən sonra Elnur Cəfərov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

 

Tarix: 6 Mart 2024, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin