BURADA REKLAMINIZ OLA
BİLƏR

Rais Rəsulzadə: "Gərək Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması işlərini martın 6-dan sonra edəydilər..."

“Allah Məhəmməd Əmin Rəsulzadəyə rəhmət eləsin. Hər kəslə birgə özümə də başsağlığı verirəm. Bu gün onun anım günüdür. 6 mart 1955-ci ildə dünyasını dəyişib. Mənə Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının üzərinin götürülməsi ilə bağlı məlumatı  Cəmil Ünal verdi. Soruşdu ki, abidənin sökülməsindən xəbəriniz varmı? Dedim ki, xəbərim yoxdur. Kimlər edib, bunu hələ bilmirdilər. Cəmil Ünal araşdırdı, məlum oldu ki, Azərbaycanın Türkiyədəki Səfirliyi işi öz öhdəsinə götürüb. Xoş niyyətlə edirlər, daha yaxşı düzəldəcəklər. Amma köhnəsi də pis deyildi, yaxşı idi. Ondan yaxşısını edəcəklərsə... Görək nə alınacaq...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə deyib. 

 

“Gərək bu işi martın 6-dan sonra görəydilər. Anım günü ərəfəsində ora camaat yığışır. Niyyət yaxşı niyyətdir, sadəcə, vaxtı gərək dəyişərdilər. Kiminsə bu məsələ ilə bağlı mənimlə əlaqə saxlayıb-saxlamadığının əhəmiyyəti yoxdur. Əsas məsələ budur ki, orada hər il martın 6-da müəyyən tədbirlər keçirirlər. Bilmirəm, bu il keçirilir, ya yox. Azərbaycan, Türkiyə, türk dövlətlərinin nümayəndələri bu gün orada olmalı idilər. Heç xəbərim yoxdur ki, bu gün orada nə baş verib. Danışmaqla heç nə olmur. Əsas budur ki, iş görülsün, nəticəsi yaxşı olsun. Məhəmməd Əmin təkcə mənim babam deyil, eyni zamanda sizin babanızdır, millətindir, Azərbaycanın tarixi şəxsiyyətidir!”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 6 Mart 2024, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin