BURADA REKLAMINIZ OLA
BİLƏR

Qusarda kişi arvadını nəyə görə döyərək öldürüb?

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qusarda arvadını döyərək öldürməkdə təqsirləndirilən Zedik Əlifxanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: 2022-ci il sentaybrın 6-da Qusar rayon sakini, 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirib, qadın almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İttihamda qeyd edilib ki, Zedik Əlifxanov yaşadığı evdə olarkən ailəsinin kredit borclarını ödəməsi məqsədi ilə arvadına zəruri ödəniş kodları, şəxsiyyət vəsiqəsinə dair məlumatları bir vərəqdə yazıb verməsini deyib. Ellada Abbasova da həmin məlumatları yazıb ona verdiyi vərəqi götürüb ödəniş etmək üçün “Azəriqaz” İB-nin Qusar xidmət sahəsinin binasına gedib, “eManat” elektron ödəmə terminal sistemindən istifadə edərək kredit borclarını ödəməyə bir neçə dəfə cəhd etsə də, alınmayıb. Ödəniş edə bilməməsinə görə həmin məlumatların arvadı tərəfindən düzgün yazılmadığını başa düşüb, yenidən yaşadığı evə qayıdıb. Zedik evin ikinci mərtəbəsində, eyvanda arvadına ona verdiyi məlumatları düzgün yazmadığını irad tutaraq, həmin an sərxoş vəziyyətdə olmaqla onunla sözlü mübahisə etməyə başlayıb. Zərərçəkmiş şəxs də ondan həmin vərəqi alıb bir müddət sonra bütün məlumatları düzgün yazdığını bildirməklə ona başqa vərəq təqdim etməsinə görə həmin ikinci dəfə verdiyi vərəqin fərqli olduğunu görüb. Daha sonra o, yerdəki ağac parçası olan çubuqla Elladanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə, ayağına isə təpik zərbələri ilə vurub qəsdən zərbələr endirib. Nəticədə xəsarət alan qadın 05 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixə keçən gecə, saat təxminən 02:00 radələrində yaşadıqları evdə yataq otağında ölüb.

 

Kamal Məmmədov

Tarix: 7 Mart 2024, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin