BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vətəndaş özünə kredit qadağası qoya bilərmi? - AÇIQLAMA

Rusiyada martın 1-dən etibarən qüvvəyə minən qanuna əsasən, artıq vətəndaşlar özləri özlərinə kredit götürməyi qadağan edə biləcəklər. Yəni vətəndaş bununla bağlı dövlətə müraciət edərək özünə kredit qadağası qoyacaq. Belə bir qanunun Azərbaycanda da qəbul edilməsi təklif olunur. Bildirilir ki, insanlar ehtiyac olmadığı halda kredit götürür, öz büdcələrinə qənaət etmirlər...

 

Təklifə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Pravda.az-a açıqlamasında deyib ki, burada söhbət ən çox istehlak kreditindən gedir:

“Düşünürəm, Azərbaycanda belə bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Hər insan özü ölçüb-biçməlidir. Nə qədər qazancı var, nəyə daha çox ehtiyacı olur. Nəsə almaq fikri varsa, krediti hansısa bir formada, nə vaxt qaytara biləcəyini bilməlidir. Bu, mənim şəxsi fikrimdir. Kreditlə bağlı belə bir qanunun Milli Məclisdə müzakirə ediləcəyinə inanmıram. Statistikaya nəzər salsaq, bütün dünyada istehlak kreditlərinin həcmi və sayı artır. İnsanlar kreditdən istifadə edirlər ki, lazım olan ev əşyalarını, nəqliyyat vasitəsini, elektron cihazları və s. daha rahat alsınlar. Azərbaycanda bəzi böyük mağazaların eləsi var ki, hətta hansısa əşya alanda faizsiz istehlak krediti verirlər. Burada söhbət 500-700 manata qədərdən gedir. İki-üç ayın içində onu bağlamaq lazımdır...” 

 

Aytəkin Qardaşova 

Tarix: 7 Mart 2024, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin