BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezidentin elektrik mühərrikli nəqliyyat vasitələri ilə bağlı imzaladığı Sərəncamın mühüm xarakteri var" - RƏY

“Prezident İlham Əliyevin elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında imzaladığı Sərəncamın mühüm xarakteri var. Sərəncamın əsas  özəlliyi budur ki, elektromobil avtomobillərin təbiətə daha az karbon qazı, karbon birləşmələrini xaric etməsi, bütün nəqliyyat vasitələrində çevik, dinamik, daha səmərəli təchizatla bağlı məsələlər önə çəkilir. Alternativ yanacaq mənbələri kimi təklif edilmiş və elektriklə işləyən nəqliyyat vasitələri şəhər mühitində daha əlverişlidir. Onlar ekoloji baxımdan təbiətlə dostdurlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə eskpert Aslan Əsədov deyib. 

Bakı Nəqliyyat Agentliyi xalqa qarşı "qaydasız döyüş" elan edib

“Ölkəmizdə ekoloji durumla bağlı fəaliyyət prinsipləri təqdirəlayiqdir. Bildiyimiz kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. İl çərçivəsində ölkə başçısı tərəfindən mühüm tədbirlər planının hazırlanmasına göstəriş verilib. Yeni Sərəncamda da qeyd olunub ki, elektrik mühərrikli avtomobillərin doldurulma, yəni onların elektrik təchizatı ilə təmin olunması barədə mühüm işlər görüləcək. Təkcə elektriklə işləyən avtomobilimizin olması yetərli deyil, biz nəqliyyatın enerjisini doldurmalıyıq. Bu enerji bizə müəyyən səmərəli fəaliyyətə xüsusən bir neçə kilometr hərəkət etməkdə kömək və dəstək olacaq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 7 Mart 2024, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin