BURADA REKLAMINIZ OLA
BİLƏR

Asif Əli Zərdari yenidən Pakistan prezidenti seçilib

Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi koalisiyanın namizədi Asif Əli Zərdari növbəti dəfə ölkə prezidenti seçilib.

 

Pravda.az-ın məlumatına görə, Asif Əli Zərdari Pakistan parlamentinin hər iki palatasında və ölkənin 4 vilayətinin qanunverici orqanında keçirilən seçkidə 411 səs toplayaraq qalib olub. Onun rəqibi - sabiq Baş nazir İmran Xanın tərəfdarlarının dəstəklədiyi Mahmud Xan Açakzay cəmi 181 səs yığa bilib.

 

Baş nazir Şahbaz Şərif qələbə münasibətilə Asif Əli Zərdarini təbrik edib.

Tarix: 9 Mart 2024, 21:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin