BURADA REKLAMINIZ OLA
BİLƏR

Boris Conson gizlincə Maduro ilə görüşdü

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson fevral ayında Venesuelanın paytaxtı Karakasa gizli səfər edib və burada Latın Amerikası ölkəsinin lideri Nikolas Maduro ilə görüşüb.

 

Bu barədə “The Times” mənbələrə istinadən məlumat yayıb.

 

Mənbə Consonun ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa gəldiyini bildirib. Böyük Britaniyanın keçmiş baş naziri Venesuelada 24 saatdan az qalıb.

 

Conson Maduro ilə Venesuelanın Rusiyaya mümkün silah və digər hərbi texnika tədarükü ilə bağlı şayiələr fonunda Ukraynadakı müharibəni müzakirə edib.

 

Report

Tarix: 10 Mart 2024, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin