Reklam

Hüseyn İşıqsal: Ermənilər 30 il ərzində türk izini Qarabağdan silməyə çalışıblar

Biz Qarabağ Zəfərini Lefkoşa küçələrində böyük coşqu ilə qeyd etdik. Çünki bu qələbə Türk dünyasına aiddir.

 

Bunu Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya məsələləri üzrə xüsusi köməkçisi Hüseyn İşıqsal “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində Şuşaya təşkil olunan səfərdə AZƏRTAC-a açıqlamasında bildirib.

 

Şuşaya ilk dəfə gəldiyini qeyd edən qonaq burada aparılan yenidənqurma işlərinin onda xoş təəssürat yaratdığını söyləyib. O vurğulayıb ki, bura qısa zamanda böyük mədəniyyət və istirahət mərkəzinə çevriləcək.

Tarix: 10 Mart 2024, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin