Artıq Ramazan ayının birinci günüdür. Hər il olduğu kimi bu il də oruc tutan şəxsləri maraqlandıran ən vacib məsələ “kökəltməyən, susuzlatmayan, tox saxlayan” imsak və iftar menyusudur. Əslində, öncəki illərlə müqayisədə bu il Ramazan elə bir aya təsadüf edir ki, oruc tutanlar istidən, susuzluqdan əziyyət çəkməyəcəklər. Lakin ən əsas məsələ imsak və iftar zamanı çox yeməkdir. Bəziləri gün ərzində könlündən keçən nə varsa, iftar süfrəsinə düzür, bu isə sonradan onların səhhətinə, çəkisinə mənfi təsir göstərir.
Tanınmış həkim dietoloq, uzunömürlülük üzrə ekspert, diet kitablarının müəllifi Leyla Zülfüqarlı Pravda.az-a müsahibəsində deyib ki, Ramazanda qidalanma zamanı doğru bilinən yanlışlar var: “Xüsusən də imsakda nə qəbul etməyimiz, günə necə başlamağımız məhz Ramazan ayının sağlam keçirməyimizə xidmət edir. Ona görə də mütləqdir ki, insanlar imsak vaxtı qida qəbul etsin. Şahidi oluruq ki, bəzi insanlar imsaka qalxa bilmir və qida qəbul etmədən oruca başlayırlar. Tövsiyələrdən ən birincisi də budur ki, imsaka 3-4 stəkan su qəbul etməklə başlanılsın. Bəzən insanlar elə düşünürlər ki, xurma yalnız iftar yeməyinə aiddir. Amma belə deyil. Mütləqdir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq. Xurma yeganə meyvədir ki, təbii kofein və karbohidrat qaynağıdır. Bu baxımdan, hər səhər imsakda 3-4 ədəd xurma qəbul etmək məsləhətdir. Həmçinin imsakda bir ovuc qoz yeməyi məsləhət görürəm. Ümumiyyətlə, badam, qoz və digər çərəzlərin tərkibində magnezium, dəmir maddələri var. Çalışmaq lazımdır ki, qara çaydan, qəhvədən az istifadə olunsun. Çünki bunlar bizi daha çox susada bilər. Buna görə adi su qəbul etmək daha yaxşıdır. Hər zaman deyirəm ki, Ramazan ayı qarınqululuq ayı deyil, nəfsinə hakim kəsilməklə bütün günü iftarı gözləyən insanlar iftar vaxtı bütün nemətləri eyni vaxtda qəbul etməməlidirlər. Əksəriyyət iftar vaxtı həddindən artıq böyük porsiya ilə yemək qəbul edir, yeməkdən dərhal sonra çay içir və s. Bunlar da orqanizm üçün ziyanlıdır və mədənin böyüməsinə səbəb olur. Bu baxımdan, Ramazan ayında əsasən bizi tox tutacaq qidaları qəbul etmək lazımdır. Məsələn, tam taxıllı, çovdar unundan ibarət çörək mütləq yeyilməlidir. İmsakda bir-iki dilim belə mütləq yeyilməlidir. Həmçinin tövsiyə olunur ki, iftarda daha çox bol tərəvəzli qidalar, süd, qatıq məhsullarından istifadə olunsun. Hər gün iftardan sonra ən azı bir stəkan qatıq mütləq qəbul olunmalıdır. Bir məsələyə xüsusi diqqət etmək lazımdır - iftar vaxtı qidalar hissə-hissə qəbul olunmalıdır. Belə ki, hər bir qida arasında bir saat interval olmalıdır. İlk olaraq su və sulu qidalara, daha sonra salatlara, sonda isə ət məhsullarından ibarət yeməklərə üstünlük verilməsi vacibdir”.
Həkim bildirib ki, Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də qastrit və yaxud qəbizlik ortaya çıxır: “Bu da o deməkdir ki, həmin şəxslər orucluq ayında düzgün qidalanmayıb. Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin ayıdır. “Köklüyün sirri-arıqlamağın açarı” adlı kitabımda Ramazanda doğru bəslənmə haqqında geniş yazmışam. Beləliklə, bu gözəl ayda insanları saf və sağlam olmağa çağırıram".
Aytəkin Qardaşova
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
Ən son xəbərləri səhifəmizdən də izləyin