BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: "Ölkəmizdə müxtəlif dinlərdən olan xalqlar sülh və əmin-amanlıq içərisində yaşayır"

"Bildiyiniz kimi, martın 8-9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” konfransı keçirilir. Bu gün dünyada müsəlmanlara qarşı ayrı-seçkilik və qərəzli münasibət dayanmadan artır, hətta bir çox  ölkələrdə din siyasiləşdirilir və müsəlmanlara təhlükə kimi baxılır. Son 30-40 il ərzində islamofobiya sahəsində çox tədqiqatların aparılıb. Doğrudur bu tədqiqatlar faydalıdır, lakin  məhduddur. İslamofobiyanın mövcudluğu artıq faktdır.  Xüsusilə bəzi ölkələrdə islamofobiyaya qarşı mübarizədə daha çox qabaqlayıcı tədbirlərin görülməlidir. İnsanların inancları başqalarının inancları ilə müqayisədə aşağılanmamalıdır. Bütün dini dəyərlərə hörmətlə yanaşılmaldır. Doğrudur,  Azərbaycanda din dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün dindarlara hər bir şəraiti yaradılıb. Postmüharibə zamanı cənab  Prezident İlham Əliyev ermənilər tərəfindən məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermasına çevrildiyini dəfələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb, lakin müsəlma adət ənənəsinə hörmət etməyən Qərb bu çağırışlara reaksiya verməyib".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

"Qərb tərəfin çıxışlarından görünən mənzərə budur ki, müxtəlif dinlərdən və irqlərdən olan insanların bir arada yaşaması çətindir. Lakin ölkəmizin bu sahədə fəaliyyəti dünyaya nümunə olan bir fəaliyyəti var. Beləki Azərbaycan kifayət qədər çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə  müxtəlif dinlərdən olan xalqlar  sülh və əmin-amanlıq içərisində yaşayır. Dövlətimiz bu məsələyə çox həssas yanaşır. Düşünürəm ki, dövlətimizin bu siyasətindən qərb ölkələri özünə bir nəticə çıxarmalıdır, çünki islamofobiya, ayrı-seçkilik, alçaldıcı rəftar yalnız müsəlmanlara deyil, bəşəriyyətin gələcəyi üçün təhdiddir", — deputat bildirib.

Tarix: 11 Mart 2024, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin