BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını söyüşə görə bıçaqlayan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə tanışını bıçaqlamaqda təqsirləndirilən Gəray Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 29 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Bərdə şəhəri, M.Müşfiq küçəsində yerləşən Rasim Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbinin yataqxanasının qarşısında qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü Gəray Məmmədov tanışı, zərərçəkmiş Samir Bəbirovla (şərti) söhbət edib. Bu zaman zərərçəkmiş onun ünvanına nalayiq ifadələr işlədib və onların arasında mübahisə yaranıb. Sonra Gəray şam ağacına taxılmış turist biçağını əlinə götürərək zərərçəkmişin sağ bud nahiyəsinə bir zərbə endirib. Nəticədə o, tanışına xəsarəti yetirməklə onun sağlamlığına qəsdən ağır zərər vurub.

 

İstintaq dövründə Gəray Məmmədovun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 12 Mart 2024, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin