BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə tanışını armaturla döyən şəxsin şikayətini təmin etmədi

Ali Məhkəmədə Bakıda tanışını amansızlıqla döyərək xəsarət yetirməkdə təqsirləndirilən Coşqun Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
 

Qeyd: Hadisə 2020-ci ilin noyabrında paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində baş verib.
 

Belə ki, C.Novruzov tanışı Adil Rəhimovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı küt alətlə amansızcasına döyərək ona ağır xəsarət yetirib.
 

Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması diaqnozu qoyulub.

 
Faktla bağlı C.Novruzov və barəsində Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
 

C.Novruzov istintaq və məhkəmə dövründə polis nəzarətində olmuşdu.

 

Kamal Məmmədov

Tarix: 12 Mart 2024, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin