BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda arvadına söz deyəni bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində Göygöldə xuliqanlıqda təqsirləndirilən Allahverdi Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib, protest isə təmin olunub, Göygöl Rayon Məhkəməsinin çıxardığı hökmü ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edili. Allahverdi Məmmədov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında dərhal həbsə alınıb.

 

İttihama görə, hadisə 27 may 2023-cü il tarixdə, saat 17 radələrində Göygöl rayonu ərazisində yerləşən “Fərid” restoranının həyətyanı sahəsində qeydə alınıb.

 

Belə ki, Allahverdi Məmmədov həmin restoranda keçirilən toy məclisində iştirak edən zərərçəkmiş Maarif Əsədovun (şərti) onun arvadından söz soruşub. Təqsirləndirilən şəxs isə bunu bəhanə gətirərək onunla mübahisə edib. Daha sonra o, bıçaqla qəsdən Maarifin sağ bud nahiyəsinə bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Allahverdi Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, CM-in 221.3-cü maddəsinin əlamətləri olmadığından onun əməlinin həmin məcəllənin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilmişdi. Hökmə əsasəm, Allahverdi Məmmədovun cinayət işi üzrə cinayət təqibinə xitam verilib, cinayət məsuliyyətindən azad edilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmuşdu.

 

Kamal Məmmədov

Tarix: 12 Mart 2024, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin