BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prius”un sürücüsü arvadını maşında uşağının gözü qarşısında döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Alim Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 03 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Alim Məmmədov etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı avtomobildə olarkən nəqliyyat vasitəsində sərnişin qismində əyləşən faktiki olaraq ayrı yaşadığı arvadı Sənəm Məmmədova (şərti) ilə arasında 3 yaşlı qızına nəzarət etməklə bağlı mübahisə edib. Daha sonra o, arxaya çevrilib qəsdən qadının boynundan əli ilə tutub sıxaraq, ardınca onun baş, boyun, sifət, sinə, qol, bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla ardıcıl zərbələr vurub. Nəticədə Alim qadına yüngül xəsarətlər yetirib.  

 

Hadisədən sonra Alim Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 12 Mart 2024, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin