BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə depozitdən yarım milyon çıxaran filial direktoru ilə bağlı qərar verdi

Ali Məhkəmədə ləğv edilmiş "Amrahbank” ASC-nin “Lənkəran” filialının sabiq direktoru Fikrət Xəlifəlinin barəsindəki hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


 Qeyd: 2002-2012-ci illər arasında “Amrahbank” ASC-nin “Lənkəran” filialının direktoru vəzifəsində işləmiş Fikrət Xəlifəli külli miqdarda dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Fikrət Xəlifəli bundan əvvəl də məhkumluq yaşayıb. Belə ki, filialının direktoru vəzifəsində işləyərkən bankın əmanətçisi – şəhər sakini R.Həsənovanın depozit hesablarından 500 min manat məbləğində pul çıxarıb. O, həmin pulları filialın xəzinəsindən nağd olaraq götürüb, özünün şəxsi ehtiyaclarına sərf edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlifəli 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 9 ilə endirib.

 
Xatırlatma: “Amrahbank”ın lisenziyası 2020-ci ilin aprelin 28-dən ləğv olunub.

 

Kamal Məmmədov 

Tarix: 13 Mart 2024, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin