BURADA REKLAMINIZ OLA
BİLƏR

"Velba" bu qaydaları pozdu

"Velba" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci (icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 13 Mart 2024, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin