BURADA REKLAMINIZ OLA
BİLƏR

Çərşənbə mərasimlərində 26 nəfər ölüb, 4360-dən çox yaralı var

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı artıb.


Bu barədə "Mehr" agentliyi bildirib.


Ölənlərin sayı 26-ya çatıb.


Bildirilib ki, şənliklərdə yaralananların sayı 4360-ü keçib.


İranın fövqəladə hallar xidmətinin rəhbərinin sözlərinə görə, bayram günlərində 1400-ə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.


Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1800 çağırış daxil olub, 2 paytaxt sakini ölüb.

Tarix: 13 Mart 2024, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin