BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qadını şantaj edərək pul alan şəxslə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində qadını hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Alim Canaliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Qeyd: Yardımlı rayon sakini Alim Canəliyəv Gəncə şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul almaqda təqsirləndirilir. O, zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 13 Mart 2024, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin