BURADA REKLAMINIZ OLA
BİLƏR

Novruz bayramında istirahəti harada keçirmək sərfəlidir? Ölkə daxilində, yoxsa… - Ekspertdən AÇIQLAMA

“Novruz bayramında qeyri-iş günləri çox olduğuna görə insanlar istirahətlərini səmərəli keçirmək üçün səyahət planları qururlar. Onlar rayonlara, eləcə də ölkə xaricinə üz tuturlar. Azərbaycanın regionlarında fəaliyyət göstərən hotellər əsasən 2 və 3 günlük qiymətlər təklif edirlər. Rayonlara üz tutanlar çox olduğu üçün qiymətlərin artması gözləniləndir”.

 

Bunu Pravda.az-a açıqlamasında turizm üzrə ekspert, “Yes Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı bildirib.

 

Ü.Bağırlının sözlərinə görə, bayram günlərində Avropa ölkələrinə səfər etmək daha sərfəlidir, çünki hotellərin qiymət təklifləri münasib olur: “Buna səbəb isə Novruz bayramının Azərbaycanda, Şərqdə qeyd edilməsidir. Yəni vəziyyət Yeni il bayramı ilə müqayisədə fərqlidir. Düzdür, gediş-gəliş çox olduğu üçün uçuş biletlərində müəyyən bahalaşma olur. Amma bütün hallarda Avropaya səfər tövsiyəolunandır. Məsələn, qeyri-iş günləri Budapeşt-Vyana-Praqa turuna gedə bilərlər, 5 və 6 günlük turlardır, qiymət də sərfəlidir”.

Tarix: 13 Mart 2024, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin