BURADA REKLAMINIZ OLA
BİLƏR

Badamcıq əməliyyatı səsi dəyişirmi? - HƏKİM AÇIQLADI

Ölkəmizdə badamcıq xəstəliyi - angina ən çox yayılan xəstəliklərdəndir. Mütəxəssislər xəstəliyin yayılma səbəbini coğrafi iqlimlə əlaqələndirirlər. Anginası olanlar əksər hallarda əməliyyatdan yayınırlar. Tez-tez verilən suallardan biri isə əməliyyatdan sonra səsin dəyişib-dəyişməyəcəyidir.

 

Tanınmış lor cərrah, nevro-otoloq Nigar Muradova Pravda.az-ın bu barədə suallarını cavablandırıb.

 

Həkimin sözlərinə görə, statistika göstərir ki, boğaz əti kimi bilinən tonzillektomiya - damaq badamcıqlarının cərrahi üsulla xaric edilməsi əməliyyatından sonra az da olsa, səsin dəyişmə ehtimalı var: “Belə ki, badamcıqları çox böyük olan pasiyentlərdə əməliyyatdan sonra yumşaq damaq yetməzliyinə, yəni velofaringial yetməzliyə rast gəlinir. Əksər hallarda əməliyyatdan sonra səs dəyişməsi müşahidə olunan pasiyentlərdə 1-6 ay ərzində yumşaq damağın yeni vəziyyətinə uyğunlaşmasından sonra səs yenidən əvvəlki vəziyyətinə qayıdır. Tonzillektomiya əməliyyatından sonra sağalma periodu 14-20 gün nəzərdə tutulur. Səs dəyişməsi baş verdikdə isə bu hal 6 aya kimi davam edə bilir”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Mart 2024, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin