BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını qız söhbətinə görə öldürən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qətl təqsirləndirilən Emin Pirqurbanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: 2023-cü il iyulun 22-də saat 17 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla tanışı Sərdar Abbasova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fərid Mirzəyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İttihama görə, hadisə qız söhbəti üstündə baş verib.

 

Kamal Məmmədov

Tarix: 14 Mart 2024, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin