BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı cəzasının yüngülləşdirilməsini istəyir

Bakıda quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Alinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

O, cəzasının yüngülləşdirilməsini istəyir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi əcnəbinin şikayətini təmin etməyib.
 

Qeyd: Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.

 

Kamal Məmmədov

 

Tarix: 14 Mart 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin