BURADA REKLAMINIZ OLA
BİLƏR

“Lukoil”in vitse-prezidentinin intihar etdiyi məlum olub

“Lukoil” şirkətinin vitse-prezidenti Vitali Robertus öz kabinetində intihar edib.

 

Bu barədə yerli teleqram kanalları məlumat yayıb.

 

Bildirilib ki, Robertusun cəsədi “Lukoil”un Moskvanın Sretenski bulvar küçəsində yerləşən ofisində tapılıb.

 

Qeyd olunub ki, Robertus bir müddət zənglərə cavab verməyib. Şirkətin böyük prezidenti Oleq Paşayev Robertusun ofisində olmasına baxmayaraq, telefon zənglərinə cavab verməməsindən narahat olub və onun otağına gedib. Paşayev içəri keçib, Vitali Robertusun tualetdə iplə asılmış meyitini aşkar edib.

 

Qeyd edək ki, əvvəl Robertusun qəfil vəfat etdiyi barədə məlumat yayılıb.

 

APA

Tarix: 14 Mart 2024, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin