BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə kişini küçədə döyən qohumlarla bağlı qərar verdi

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən M.Göyüşova və onun qohumu S.Göyüşovanın barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

 

Şirvan Şəhər Məhkəməsinin hökmü ilə onlar 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 09 oktyabr 2022-ci il tarixdə, saat 22:30 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində qeydə alınıb.

 

Belə ki, onlar zərərçəkmiş R.Mustafayevlə heç bir əsaslı səbəb olmadan mübahisə edib, onun ünvanına ucadan nalayiq ifadələr işlədiblər, yumruq zərbələri endiriblər. Sonra qadın əlindəki taxta parçası ilə zərərçəkmiş şəxsin sol qolundan vuraraq, ona xəsarətlər yetiriblər.

 

Hadisədən sonra hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 15 Mart 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin