BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadının ölümünə səbəb olan sürücüyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəsarət Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

Qeyd: Hadisə 20 iyun 2023-cü il tarixdə, saat 16 radələrində İmişli şəhərinin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Ziya Eldar oğlu idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən həmyerlisi, 1959-cu il təvəllüdlü Cəfərov Cəsarət Malik oğlunun idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində Cəsarət Cəfərova məxsus avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Cəfərova Bənövşə Nəriman qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb. 

 

Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 Mart 2024, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin