BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gündəlik” serialında jurnalistlərin tənqid olunmasını Elm və Təhsil Nazirliyi sifariş verib? - Ssenari müəllifi danışdı - VİDEO

İctimai TV-də yayımlanan “Gündəlik” serialı ilə bağlı yayılan səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, serialda haidsələrin cərəyan etdiyi məktəbin Dilarə adlı gənc müəllimi məktəbə müsahibə almaq üçün gələn jurnalisti tənqid etməsi, jurnalistlərin hətta imla yaza bilməmələri barədə verdiyi mesaj ciddi etirazla qarşılanıb. İddia olunub ki, serialda yer verilən bu səhnə Elm və Təhsil Nazirliyinin sifarişi ilə çəkilb, Dilarə müəllim Emin Əmrullayevin demək istədiyi sözləri Azərbaycan mediasına çatdırır... 

 

 

Serialın ssenari müəllifi Qan Turalı kimi tanınan yazıçı, jurnalist Tural Cəfərov Pravda.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:  

​

“Gündəlik” serialı mənim yaradıcılıq məhsulumdur, ssenarini mən yazmışam. Bunun Elm və Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Nə serialı ETN maliyyələşdirib, nə də əvvəldən baxıb, sifariş verib. Nazirliyin bu işə heç bir aidiyyatı yoxdur. Hər hansı adamın danışığından, əsərdən, filmdən ayrıca götürülmüş bir hissə ilə hətta çox yanlış təəssüratlar yaratmaq mümkündür. Serialdan götürülmüş həmin hissə də buna misaldır. “Gündəlik” serialı hər gün İctami TV-də yayımlanır, “Yutub”da da yerləşdirilir. İnsanlar bu seriala baxdıqda nəyin nə olduğunu aydın şəkildə başa düşə bilərlər. Yoxsa ayrıca götürülmüş kiçik bir səhnənin bütün jurnalistikanın qınanması kimi qələmə verilməsi absurd bir nəticədir. Çünki serialda jurnalistlərin həqiqi mənada fədakar əməyi, necə qəhrəmanlıq göstərmələri, ictimai mövzulara necə həssaslıqla yanaşmaları çox aydın və təsirli şəkildə təsvir olunub. Bütün bu iddiaların hamısı məhdud təfəkkürün, kontekstdən qoparılmış fikrin nəticəsidir. İnsanlar sözügedən səhnənin əvvəlinə və sonrakı bölümlərinə baxsalar, gerçəyin nə olduğunu aydın şəkildə başa düşə bilərlər”. 

 

Qeyd: “Gündəlik” serialının layihə rəhbəri Şakir Eminbəyli, baş prodüseri Chevuegara, rejissoru Cavid Məlik, ssenaristi Qan Turalı adı ilə tanınan Tural Cəfərovdur. Layihədə Xalq artisti Vidadi Həsənov, Əməkdar artistlər, Hüsniyyə Mürvətova,  Ayşad Məmmədov, Əməkdar incəsənət xadimi Ayaz Salayev, aktyorlar Türkay Cəfərli, Kamran Ağabalayev, Elşən Hacıbabayev, aktrisa Rasimə Abbasova, aparıcı Hüsniyə Məhərrəmova kimi aktyorlar yer alır. 

 

Aytəkin Qardaşova

 

Tarix: 15 Mart 2024, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin