BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Laçında tikilən evlərlə bağlı yayılan görüntülərdən danışdı: “Məqsədlidir...”

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Laçın rayonunda keçmiş məcburi köçkünlərin istifadəsinə verilən evlərin keyfiyyətsiz tikilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə, bu işdə korrupsiyaya yol verilməsi barədə iddialara münasibət bildirib. 

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, belə videoların yayılması məqsədli xarakter daşıyır: 

 

“Son günlər Azərbaycan dövləti ölkəmizin təhlükəsizliyi ilə bağlı davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir. Nəzərə almalıyıq ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini ən sürətli formada aparır. Bu gün Laçında evlər tikilib və insanların istifadəsinə verilib, hazırda quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, dövlət lazımi bütün addımları atır. Təəssüf ki, dövlətimizin qısa vaxt ərzində gördüyü işləri deyil, daha çox hansısa tamamlanmamış, iş gedən ərazilərin şəkillərini çəkib bu cür paylaşımlar edərək dövlətimizin həyata keçirdiyi siyasətə kölgə salmağa çalışırlar. Dövlət üzərinə düşən bütün işləri ən nümunəvi, gözəl formada həyata keçirir. Təəssüf ki, qısa müddətdə görülən bu qədər işləri görməzlikdən gəlir, dövlətin işinə ləkə atmağa çalışırlar. Bunun heç bir əsası yoxdur. Belə videoları yayanlar bilsinlər ki, heç bir məqsədlərinə, hədəflərinə nail ola bilməyəcəklər. Dövlət öz işini görüb, görür və görəcək, həyata keçirəcək”. 

 

Aytəkin Qardaşova

Tarix: 15 Mart 2024, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin