BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülvi Qılınc: “İnsan kənddən çıxıb general da ola, öz beynində qala da bilər...”

Tanınmış opera müğənnisi Ülvi Qılınc dəvət aldığı verilişlərin birində Xalq artistlərini tənqid edib. Onun “Müğənnilərin bəziləri tövlədən çıxıblar” ifadəsi müzakirələrə səbəb olub. Bildirilib ki, Ü.Qılınc bununla kənd, rayon insanlarını təhqir edir.

 

Müğənni Pravda.az-a açıqlamasında fikirlərinə aydınlıq gətirib: “Məsələni başqa tərəfə yönəltmək lazım deyil. Qınamıram. Bu, sosial şəbəkələrdə bir çox insanın savadsızlığından irəli gəlir. Bəzən insanlar sarkazmla nə dediyimi başa düşmürlər. Koroğlunun atası və Koroğlu tövlədən çıxıblar. Amma Koroğlu tövlədən çıxıb Koroğlu olub. Bir də var ki, tövlədən çıxırsan, tövlə beynində də qalırsan, yəni oradan çıxa bilmirsən. Mən bunu demişəm. "Koroğlu" dastanını oxusalar, görəcəklər ki, Alı kişi Qırat və Durat saxlayır. Alı kişinin gözünü atlara düzgün baxmadığına görə çıxarırlar. Kimsə nəyisə tənqid etmək istəyirsə, doğru tənqid etsin. Mən doğru tənqidə açıq adamam. Yalan yerə qara piar düzəltmək lazım deyil. Bu nə deməkdir? Hamı kənddən çıxıb... Amma insan kənddən çıxıb general da ola, öz beynində qala da bilər. Bir sözlə, Koroğlu da ola bilərsən, bu cür cahil də. Belə baxanda, üç-dörd nəfəri çıxmaq şərti ilə Xalq artistlərinin 99%-i tövlədən çıxıb gəlib "xalq artisti" adını alıblar. Aralarında hər cürü var, qazotaranı da, malotaranı da. Şərt deyil ki, sən haradan çıxmısan. Şərt budur ki, sən insanlara nəyin təbliğini edirsən. Bunlar fərqli şeylərdir”.

 

Aytəkin Qardaşova

Tarix: 16 Mart 2024, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin