Məscidlərin, sinaqoqların, kilsələrin tikilməsi, bərpa olunaraq dindarların istifadəsinə verilməsi Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafınının bariz nümunələrindəndir. Ölkəmizdə milli-mənəvi dəyərlərin ucalığı özünü həm də dini bayramların dövlət səviyyəsində keçirilməsində göstərir. İslamda ilin ayları arasında ən müqəddəs ay hesab olunan Ramazan ayının bu il də ölkəmizdə yüksək ab-hava ilə qarşılanması dövlətin İslam dininə verdiyi önəmi, hörməti özündə ehtiva edir. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri üçün hər il ənənə halı alan iftar süfrələrinin təşkil edilməsi isə multikultural dəyərlərin inkişafına bir töhfədir. Bu gün Azərbaycanda multikulturalizm özünü tam şəkildə büruzə verir, Ramazan və digər dini bayramların dövlət səviyyəsində keçirilməsi timsalında necə bəhrələr verdiyini göstərir. Bütün bunlarla yanaşı, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, dini ayrı-seçkilik salmağa çalışan qruplar bu il də Ramazan ayının başlaması, bayram günlərinin tarixi barədə mübahisə yaratmağa çalışır, dövlətin gördüyü işlərə kölgə salmağa cəhd edirlər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin, etnik qrupların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı bir məkan olub:

“Xalqımız hər zaman öz tolerantlığı və digər dinlərə hörməti ilə seçilib. Bu gün də dövlət səviyyəsində çox mühüm işlər, tədbirlər həyata keçirilir. Bütün bunlar dövlətimizin bu sahəyə nə qədər həssas yanaşdığını göstərir. Ölkməzidə artıq Ramazan ayı başlayıb. Ramazan birlik və həmrəylik ayıdır. Amma təəssüflə qeyd etmək lazımdır ki, hər il Ramazan başlayanda və bitəndə bəzi qüvvələr, dini qruplar müsəlmanların birliyini, həmrəyliyini pozmağa çalışırlar. Bu, özünü xüsusilə bir sıra qrupların fəaliyyətində açıq şəkildə göstərir. Əlbəttə ki, dövlətimiz müvafiq zəruri tədbirlər görür və bunu dövlətin siyasətində davamlı şəkildə görürük. Azərbaycanda çox güclü dövlət sistemi və ənənələri var. Bu qüvvələr heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər. İnsanlarımız da ayıq-sayıq, diqqətli olmalıdırlar. Belə təxribatların qarşısını almaq üçün insanlarımızın da üzərinə çox böyük məsuliyyət düşür. Təxribatlara imkan verməməliyik, onların niyyətləri baş tutmamalıdır. Bu cür təxribat törədən insanlara çağırış edirəm ki, siz yanlış yoldasınız, hər il insanları çaşdırmaqla günaha batırsınız, öz düşüncənizlə guya yaxşı iş gördüyünüzü, İslama xidmət etdiyiniz düşünürsünüz. Amma bilin ki, bu əməllərlə İslama xidmət etmirsiniz, dinimizə xələl gətirirsiniz, müsəlmanların bayram əhval-ruhiyyəsini pozursunuz. Bu, düşmənə xidmətdir. Unutmamalısınız ki, buna görə axirətdə Allah qarşısında cavab verəcəksiniz. Bu, sadə məsələ deyil, kifayət qədər ciddi məsələdir. İnsanlar arasında qarışıqlıq yaratmaqdan çəkinməliyik. Allah “Quran”da deyir ki, fitnə qətldən də şiddətlidir, pisdir. Müsəlmanlar arasında fitnə-fəsad salan insanlar da ciddi və böyük günah işləyirlər. Onlar əməllərindən mütləq çəkinməli, buna yol verməməlidirlər. Dinimiz həmrəylik dini, Ramazan ayı xeyir, birlik, bərəkət ayıdır. Din adından çıxış edən insanlar bu müqəddəs ayın ruhuna xələl gətirməmək üçün diqqətli olmalıdırlar. Çünki Ramazan yalnız ac-susuz qalmaq demək deyil, bu ayda həmrəyliyimiz, birliyimiz güclənməlidir. Birliyimizi, həmrəyliyimizi qorumuruqsa, insanlar arasında nifaq salırıqsa, unutmamalıyıq ki, axirətdə hesabımız çətin olacaq, Allah qarşısında ağır hesab verəcəyik”.
İlahiyatçı Təyyar Hüseynli isə deyib ki, Ramazan ayı bütün millətlərə aiddir:

“Ramazan ümumbəşəri dəyərləri bütün insanlara çatdıran, birlik mesajı verən bir aydır. Bu ay həmrəylik ayıdır. Ramazanda dinindən, mənəvi, maddi statusundan, kimliyindən, irqindən, millətindən asılı olmayaraq hər bir insan oruc ibadətini yerinə yetirə bilər. Yəni oruc tutmaq heç bir dində qadağan deyil. Bütün millətlərin, dini, irqi mənsubların Ramazan ayına yanaşması birmənalıdır. Bu cür böyük arzuların, mənəvi tendensiyanın, İlahi ziyafətin, yardımlaşmanın toplaşdığı sülh kontekstində prinsiplər kənara qoyulmalıdır. Bu, Allaha da xoş gedər. Bizim də dini-ictimai mühitimizdə Ramazan coşqusu, sevinci müşahidə olunur. Dindən, dindarlıqdan, səmimi, şəffaf dini mühitin içində olan insanlardan çox cılız, məqsədli, iyrənc şəkildə yararlanmaq, bu gözəllik ayına kölgə salmaq, nadürüstlük qatmaq Ramazana, İslama xəyanətdir. Müsbət dəyərləri qəbul etməmək, əksinə, fərdi şəkildə ümumi ictimai, həmrəy dini mühitin sabitliyini, kütləvi mehribanlıq hormoniyasını pozmağa çalışanları hər kəs tanıyır, görür. Azərbaycan dövləti güclü dövlətdir. Dövlət bu məsələləri daxili və xarici siyasətində çox mükəmməl, xüsusi həssaslıqla nəzarətdə saxlayır. Dini mühitdə lazımi vaxtlarda lazımi qərarlar verilir, islahatlar aparılır. Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi sabitlik dünyanın əksər ölkəsində yoxdur. Buna görə şükür etməli, dövlətimizi, dövlət başçımızı sevməliyik. Bütün millətlərin sevgi, məhəbbət, dostluq bayrağı altında birləşdiyi Ramazan ayında xalqımıza dini, milli həmrəylik, bərəkət arzulayıram. Allah dövlətimizi, millətimizi qorusun”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
Ən son xəbərləri səhifəmizdən də izləyin