BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəramət Böyükçöl: “Azərbaycan xalqı dilənməyə başlayıb”

Yazıçı Kəramət Böyükçöl Bakının “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında ondan dönərpulu istəyən şəxslə bağlı yazıb.

 

Pravda.az həmin yazını təqdim edir:

“Yasamalda rayonunda “Elmlər Akademiyası” metrostansiyasının çıxışı ilə üzbəüz, yolun o biri tərəfində ucuz dönər satırlar. Dönərxananın yanında internet klub da var idi. Bir dəfə həmin klubdan çıxan kimi orta yaşlı bir kişi yaxınlaşıb ədəb-ərkanla dedi ki, xahiş eləyirəm, mənə bir dönər al, səhərdən heç nə yeməmişəm, acam, pulum da yoxdur. Kişi çəkinə-çəkinə barmağını uzadıb ucuz dönər butkasını göstərdi:

 

- Burda bir manata verirlər...

 

Ona dönər aldım, ayran da almaq istədim, amma razı olmadı. Təzədən bir manat da verdim, götürmədi. Eləcə dönəri yeyə-yeyə çıxıb getdi. Arxasınca xeyli baxdım, hərdən geri çevrilirdi, gözlərində dəhşətli qorxu vardı. O kişinin əlləri hələ də gözlərimin qabağından getmir. Barmaqları kəlbətin ağzı kimi möhkəm idi. İlahi, o əllər ehtiyac üçün açılmışdı. Mən çox dilənçilər görmüşəm. Ancaq ilk dəfə hiss elədim ki, artıq Azərbaycan xalqı dilənməyə başlayıb”.

 

Tarix: 3 Dekabr 2019, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin