BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qohumunu güllələyən bank əməkdaşı ilə bağlı qərar verdi

Şəki Apellyasiya Məhkəməsində Qaxda qohumunu güllələməkdə ittiham olunan Cavidan Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavidan Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd: Hadisə 18 iyul 2023-cü il tarixdə, saat 22:20 radələrində Qax rayonunun Almalı kəndində yerləşən “göllər” adlanan ərazidə qeydə alınıb.

 

Belə ki, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov ov tüfəngi ilə qohumu Turan Məmmədova xəsarət yetirib.

 
İttihama görə, Cavidan öz həyat yoldaşını Turana qısqanıb. Hadisə də elə qısqanclıq zəminində baş verib.

 

Xatırlatma: Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışıblar.

 

Kamal Məmmədov

 

Tarix: 19 Mart 2024, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin