BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə tanışını bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə tanışını bıçaqlamaqda təqsirləndirilən Nicat Əşrəfovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Nicat Əşrəfovun Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq) maddəsi ilə məhkum edilməsinə və cəzalandırılmasına dair hissədə ləğv edilib və əməldə cinayət tərkibi olmadığına görə həmin maddə ilə olan hissədə cinayət işinin icraatına xitam verilib. Məhkum üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarı ilə CM-in 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təyin edilən 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

 

İttihama görə, hadisə 3 avqust 2022-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Nicat Əşrəfov həmin ərazidə avtomobil servisində işləyən tanışı, zərərçəkmiş Nizaməddin Əliyevlə mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ona əlində saxlaması üçün verdiyi pulverizatoru kənara qoyması olub. Nəticədə Nicat bıçaqla tanışına zərbə endirərək ona xəsarət yetirib.

 

Kamal Məmmədov

 

Tarix: 19 Mart 2024, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin