BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda saxlanılan İran Klinikasının həkimi ilə bağlı QƏRAR

Ali Məhkəmədə Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirməkdə təqsirləndirilən Seif Bargihi Tohid Rahmanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protest təmin edilməyib. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 000 manat miqdarda cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Daha sonra prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

 

Qeyd: Məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakıda yerləşən İran Klinikasının ortoped həkimi Seif Bargihi Tohid Rahman ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib. Həkim deyib ki, həmin dərmanları Tehranda olarkən xeyriyyə məqsədilə əldə edib. Bakıya gələndə isə onları burada ehtiyacı olan xəstələrə verməyi düşünüb.

 

İranlı həkimin sözlərinə görə, həmin dərmanlar Parkinson xəstəliyindən əziyyət çəkən bir sıra xəstələrə müsbət təsir etdiyindən buna görə ondan pul da almayıb. Seif Bargihi dərmanları qazanc əldə etmək üçün deyil, sırf xəstələrə yardım üçün gətirdiyini bildirib.

 

Xatırlatma: Təqsirləndirilən həkim Tehran Universitetinin professoru, həmçinin FIFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında həkim kimi işləyir.

 

Kamal Məmmədov

 

Tarix: 19 Mart 2024, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin