BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücü müştəri üstündə həmkarını bıçaqladı – AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Sabir Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 
Məhkəmənin hökmü o, 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, hadisə 17 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində paytaxtın “Şamaxinka” adlanan ərazidə qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Sabir Quliyev insanların sıx toplaşdığı küçədə idarə etdiyi avtomobillə müştəri gözləyərkən həmin yerdə dayanmış tanışı, zərərçəkmiş Dadaş Babayevin (şərti) idarə etdiyi avtomobillə Siyəzən şəhərinə gedən müştəriləri növbəsiz götürməsini cüzi səbəb kimi bəhanə gətirib. Bu zaman onların arasında mübahisə yaranıb və o, tanışının ünvanına nalayiq ifadələr işlədib. Sonra Sabir avtomobilin salonundan götürdüyü bıçaqla Dadaşın bədən nahiyələrindən 2 zərbə vuraraq, ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Sabir Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: Sabir Quliyev əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

Tarix: 19 Mart 2024, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin