BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə fermeri bıçaqlayan fəhlə ilə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Qabil Quliyev (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 3 il 7 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Qabil Quliyev məhkəmə iclas zalından həbsə alınıb.
 

İttihama görə, hadisə 02 iyun 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən toyuq fermasının ikinci sexində qeydə alınıb. Belə ki, Qabil Quliyev fəhlə kimi işlədiyi fermanın sahibi, zərərçəkmiş Nəsimi Kərəmovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə hadisədən bir gün əvvəl zərərçəkmişin sexdən çıxarkən ifadə etdiyi nalayiq söyüş olub. Bu zaman təqsirləndirilən şəxs Nəsimiyə arxadan yaxınlaşıb, işlə əlaqədar üstündə saxladığı mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, zərərçəkmişə xəsarətlər yetirib. Hadisədən sonra Qabil Quliyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 19 Mart 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin