BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış idman şərhçisi vəfat etdi

Rusiyanın "Matç TV" telekanlının tanınmış şərhçisi Vsili Utkin vəfat edib.

 

Bu barədə Rusiya KİV məlumat yayıb.

 

52 yaşlı şərhçinin ürəktutmasından dünyasını dəyişdiyi deyilir.

 

Vasili Utkin 1990-cı illərin ortalarında NTV və "NTV Plus"un futbol şərhçisi, jurnalist və "Futbol Klubu" televiziya şousunun aparıcısı kimi şöhrət qazanıb.

 

2010-cu il sentyabrın 1-dən 2015-ci il avqustun 31-dək Utkin "NTV Plus" idman kanallarının baş redaktoru vəzifəsində çalışıb.

 

O, 2004 və 2005-ci illərdə TEFI mükafatı üzrə ilin “Ən yaxşı idman şərhçisi” nominasiyasında qalibi olub.

 

APA

Tarix: 19 Mart 2024, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin