BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərhəddə böyük yeraltı tunel aşkarlandı, 1 nəfər saxlanıldı

Qırğızıstan-Özbəkistan sərhədində böyük yeraltı tunel aşkarlanıb.

 

Bu barədə Qırğızıstan mediası məlumat yayıb.

 

Tunelin girişi Qırğızıstan tərəfdən Suzak rayonunun bəy-Abad kənd sakininin evində tapılıb.

 

Tunel 15 metr dərinlikdə, ümumi uzunluğu 130 metr, hündürlüyü 1,7 metr qazılıb. Qırğızıstanın dövlət sərhədinə qədər uzunluğu 50 metrdir. Qaçaqmalçılıq kanalının təşkilində şübhəli bilinən 38 yaşlı ev sahibi saxlanılıb.

 

APA

Tarix: 20 Mart 2024, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin