BURADA REKLAMINIZ OLA
BİLƏR

Zeynəb Xanlarova “uşaqpulu”nun verilməsinə qarşı çıxıb?

Sabiq deputat Zeynəb Xanlarovanın uşaqpulu verilməsinə qarşı çıxış etməsi barədə ictimaiyyətdə söz-söhbət gəzir.

 

Pravda.az-ın xəbərinə görə, Xalq artisti Reaksiya TV-yə açıqlamasında məsələyə aydınlıq gətirib:

 

"Bu məsələ mənim yaralı yerimdir. 30 il Milli Məclisin üzvü olmuşam, gedin araşdırın, əgər mən bu kəlməni demişəmsə, həmin çıxışı tapıb üzə çıxarın. O sözlər mənə aid deyil. Zeynəb xalqın zərərinə olan sözü deməz. Mən deyirəm, uşaq pulunu versinlər, nəinki verilməsin. O barədə heç söhbət olmayıb. Bu barədə Milli Məclisdə müzakirə olmayıb. Bu məsələni heç irəli sürməyiblər ki, Zeynəb də danışsın".Baku.ws

Tarix: 20 May 2020, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin