BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputata məxsus olduğu bildirən şirkətlə klinika arasında məhkəmə çəkişməsi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, klinika ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Avromed company" QSC edib.

 

Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Zaur Pirverdiyevin icraatındadır. Artıq  hazırlıq iclası və məhkəmə baxışı keçirilib. Növbəti məhkəmə baxışı isə aprelin 4-də keçiriləcək. 

 

Qeyd: QSC-nin deputat Cavanşir Feyziyevin yaxınlarına məxsus olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 20 Mart 2024, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin