BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşağını tək qoyub tətilə gedən ana ömürlük həbs edildi

16 aylıq körpəsini təkbaşına buraxaraq onun ölümünə səbəb olan ana ömürlük həbs edilib.

 

Hadisə ABŞ-də baş verib. 

 

Belə ki, 32 yaşlı Kristelnu Kandelario ötən il 1 yaş 4 aylıq uşağını tətilə getdiyi üçün evdə tək qoyub və nəticədə körpə ölüb. 

 

Daha sonra ana bunu etiraf edib. 

 

Həbs edilən ana məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib./Qafqazinfo

Tarix: 20 Mart 2024, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin