BURADA REKLAMINIZ OLA
BİLƏR

Prabovo Subianto İndoneziyada prezident seçkilərində qalib gəldi

İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkənin yeni prezidenti seçilib.

 

Bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Qeyd olunur ki, Subianto ölkənin 38 əyalətindən 36-da qalib gəlib.

 

Onun andiçmə mərasimi oktyabrın 20-də baş tutacaq.

 

Subiantonun rəqibləri Ganjar Pranovo və Anis Basvedan nəticələrlə razılaşmayıblar və İndoneziya Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə etiraz etməyi planlaşdırırlar.

 

APA

Tarix: 20 Mart 2024, 20:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin