BURADA REKLAMINIZ OLA
BİLƏR

"Lexus" avtomobillərinin satışı ilə məşğul olan şirkət məhkəmə qarşısında

Vətəndaş Ağayev Vüqar Tofiq oğlu və "Lexus-Bakı" MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hazırda Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin icraatındadır.

 

Hazırlıq iclası aprelin 5-də keçiriləcək.

 

Xatırlatma: Məhkəmə çəkişməsi 2023-cü ildən davam edir. 

 

Qeyd: "Lexus Bakı" şirkəti "Toyota" korporasiyasının Azərbaycanda ilk və rəsmi dileridir. MMC "Lexus" avtomobillərinin rəsmi satıcısı olmaqla yanaşı, həm də rəsmi olaraq servis xidməti göstərir.

 

Xəyal Quliyev

Tarix: 21 Mart 2024, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin