BURADA REKLAMINIZ OLA
BİLƏR

Nüsret Gökçenin restoranına silahlı hücum olub - FOTO

Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nüsret Gökçenin restoranına silahlı hücum olub.

 

İstanbulun Beşiktaş səmtində yerləşən restorana doğru atəş açılıb. Motosikletlə gələn iki nəfər məkana silahlı hücum edib və qaçıb.

 

Hücumda ölən və yaralanan olmayıb.

 

Hadisə yerində aparılan araşdırma nəticəsində ərazidən 11 ədəd boş patron aşkar edilib. İş yerinə zərərin dəydiyi məlum olub.

 

Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik kameralarının qeydləri nəzərdən keçirilir.

 

Haber Global

 

 

Tarix: 22 Mart 2024, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin