BURADA REKLAMINIZ OLA
BİLƏR

"Crocus City Hall" konsert salonunda atışma olub, 40 nəfər ölüb, 100-dən çox yaralanan var - VİDEO - YENİLƏNDİ

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

 

Bu barədə “112” teleqram kanalı məlumat yayıb.

 

***

21:58

 

Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirilib.

 

Bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.

 

"Mash" teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.

 

"Mash" eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.

 

Qeyd edək ki, "Crocus City Hall" azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

 

Tarix: 22 Mart 2024, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin