BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölənlərin sayı 99 nəfərə çatdı - YENİLƏNDİ

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

 

***

 

08:26

 

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.


Bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.


“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, - kanal nəql edib.


Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:


“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.


Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

 

Report 

Tarix: 23 Mart 2024, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin